ABŞ prezidenti Barak Obamanın erməni lobbisi ilə şok
əlaqələri ortaya çıxıb.
Publika.az xəbər verir ki, erməni lobbisinin təsiri
nəticəsindəı Obamanın atdığı addımlarla bağlı “Forbes” jurnalı
məqalə dərc edib
Jurnal yazır ki, Obama “anti-lobbi siyasətçi” olaraq Ağ Evə gəldi:
“Həqiqətdə isə onun administrasiyasına lobbilərin təsiri sələfi
Buşdan az deyildi. Ən nüfuzlu qruplardan biri “etnolobbi”
kampaniyasıdır. Onlar xarici siyasətdə verilən qərarlara ciddi
təsir etmək gücünə malikdirlər. Obamanın özü İlinoysda senator
olarkən, Polşa, Səudiyyə Ərəbistanı və erməni lobbisinin
maraqlarını irəli çəkirdi. Prezident olarkən isə yəhudi və erməni
lobbisinin təsir imkanları bir qədər zəiflədi. Məsələn, erməni
lobbisi “soyqırımı” ilə bağlı məsələni Obamaya qəbul etdirə
bilmədi. Lakin bu, onların tamamilə uğursuz olduğu anlamına
gəlmir”.
“Forbes” erməni lobbisinin təsiri ilə Obamanın atdığı iki addımı
təqdim edib:
1. Erməni lobbisinin üzvlərindən olan senatorlar Robert Menendez və
Barbara Bokser Bakıda səfir olan Metyu Brayzanın geri çağırılmasına
nail oldular.
Qeyd edək ki, Metyu Brayza 2011-ci ilin 10 yanvar tarixindən
2012-ci ilin 5 yanvar tarixinə qədər ABŞ-ın Azərbaycandakı səfiri
olub. Barak Obama onu səfir təyin etsə də, Konqres diplomatik
missiyasını davam etməsinə icazə vermədi. Hələ həmin vaxt
Azərbaycan mediası bu addımın arxasında erməni lobbisinin olduğunu
yazmışdı. Çünki Bakıya səfir təyin olunmamışdan öncə ATƏT-in Minsk
qrupunda həmsədr olaraq çalışmış M.Brayza Dağlıq Qarabağ
münaqişəsinin həllinə beynəlxalq hüquq prinsipindən yanaşır və
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi.
2. Erməni lobbisi Konqresin Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ ərazisində qurulan qondarma “rejimə” maliyyə yardımını
artırmasına nail oldu.
Göründüyü kimi, Obama Azərbaycan torpaqlarının işğalda qalmasına
faktiki olaraq dəstək verib.
Asif