Müğənni xəstəxanada dava saldı: "Siz kimsiniz ki, məni gözlədirsiniz?

Müğənni xəstəxanada dava saldı: "Siz kimsiniz ki, məni gözlədirsiniz?
14:21 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin 16 yaşlı ulduzu Aleyna Tilki haqqında qalmaqallı iddia yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni mədəsində narahatlıq olduğu üçün xəstəxanaya gedib. Şahidlər bildirir ki, növbəyə durmalı olan ifaçı əsəbiləşib və xəstəxanada dava salıb.

O, "Siz kimsiniz ki, məni gözlədirsiniz? Məni gözlədə bilməzsiniz" deyib.
 
Qeyd edək ki, "Cevapsız çınlama" ilə yayın ən çox dinlənilən 3 mahnısından birinə imza atan Aleyna yaşının azlığına görə bir müddət səhnədən uzaqlaşmaq qərarı verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR