Sarkisyanla ABŞ-ın yeni vitse-prezidenti arasında telefon danışığı olub

Sarkisyanla ABŞ-ın yeni vitse-prezidenti arasında telefon danışığı olub
14:22 2 Dekabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Ermənistan prezidenti Serj Sarkisyanla ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Mayk Pens arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər bildiriblər ki, ABŞ və Ermənistan arasında həm siyasi, həm də iqtisadi sahədə yüksək səviyyəli əməkdaşlıq yeni administrasiya dövründə yeni enerji qazanacaq.

Danışıq zamanı qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən regional problemlər və çağırışlara da toxunulub. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR