1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib - FOTO

1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib - FOTO
14:27 2 Dekabr 2016
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.

Milli.Az bildirir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Emin Babayev, Bakı Şəhər Narkoloji dDspanserin həkim-narkoloqu Asif Kəngərli, Yasamal rayonunda fəaliyyət göstərən 1 saylı Bakı Baza Tibb kollecinin, Pedaqoji kollecin, Rabitə və nəqliyyat kollecinin müəllim və tələbə kollektivləri iştirak ediblər.

Bakı Şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Asif Kəngərli çıxışında bildirib ki, QİÇS-lə mübarizə gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini bu problemlə mübarizədə bir araya gətirməkdir. Həmçinin, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər, Azərbaycanda İİV-QİÇS-lə bağlı vəziyyət, profilaktika tədbirləri və qorunma yolları mövzusunda ətraflı məlumat verilib.

Tədbirin qonaqları Mərkəzin "Muzey" bölməsi ilə tanış olublar, ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad ediblər.

Sonda Asif Kəngərlinin "Bəla" pyesinin III pərdəsindən film nümayiş olunub.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR