Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti alınıb

Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti alınıb
14:32 2 Dekabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda 2017-ci ilin iyununda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti İngiltərədən alınıb. 
"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin müdiri Bülent Özərdim bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ilk bilet onlayn satış başlanandan bir neçə dəqiqə sonra alıcısını tapıb: "Bilet İngiltərədən sifariş olundu. Ardınca Rusiyadan bilet sifarişi verildi. Bu da xaricdə yaşayanların Azərbaycan Qran-prisinə olan marağı göstərir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi gələn il iyunun 23-25-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-uzre-azerbaycan-qran-prisinin-ilk-bileti-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR