Sensor ekranlı təyyarə illüminatorları istehsal edildi

Sensor ekranlı təyyarə illüminatorları istehsal edildi
14:42 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

"Vision Systems" şirkəti sərnişinlərin əyləncəsi üçün nəzərdə tutulmuş sensor ekranlı təyyarə illüminatorlarını təqdim edib. Acti-Vision Window adlı illüminatorlar elektrokimyəvi şüşə və sensorlu ekran laylarından ibarətdir. Xüsusi interfeys vasitəsilə sərnişin həmin ekranda veb saytlara daxil ola, video və fotolara baxa bilər. Həmçinin ekranın parlaqlıq səviyyəsini də dəyişmək mümkündür. Bu zaman ekrandakı görüntü pəncərədən baxdığımız zaman gördüyümüz görüntü kimi əks olunacaq. Beləliklə bu rejimdə hava proqnozu, təyyarədən kənarda havanın temperaturu və ya uçuş haqqında məlumatı izləmək daha rahat olacaq.

Həmin illüminatorları bir toxunuşla söndürmək olacaq və gün işığının sərnişini narahat etməməsi üçün onları elektrokimyəvi şüşə xüsusiyyəti vasitəsilə qaraltmaq da mümkün olacaq.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/495121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR