Dumanlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

Dumanlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib
14:47 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə maneçilik yaratmayıb.
Bakı aeroportdan “Report”a bildirilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir: “Bugünə təyin edilən aviauçuşlar tərtib olunan qrafikə uyğun davam etdirilir. Hələ ki, bu gün, indiyə qədər nəzərdə tutulan reyslərin heç biri təxirə salınmayıb və uçuşların həyata keçirilməsində heç bir problem yaranmayıb”.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/dumanli-hava-seraiti-baki-aeroportunun-isine-tesir-etmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR