2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışda

2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışda
15:08 2 Dekabr 2016
100 İdman
Ölkə mətbuatı
A- A+

2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri bu gündən onlayn qaydada satışa çıxarılıb.

Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilk 2 ay müddətində bilet alan Formula 1 azarkeşləri üçün qiymətlərdə 30 faizədək endirim olacaq.

Onun sözlərinə görə, Beynəlxalq Avtomobil Federasiyanın elan etdiyi 2017 Formula 1 Dünya Çempionatının təqviminə görə, Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışı gələn il 23-25 iyunda keçiriləcək. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində məqsəd ötən Qran Prinin 24 saat davam edən Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib ki, 4 günlük endirimli biletlərin qiyməti 150-550 manat arasında dəyişir.

B.Özərdim deyib ki, yarış üçün ayaqüstü biletlər də satılır. Trekin çeşidli yerlərində ayaqüstü zona və pkatformalarda izləmək istəyənlərə satılan bu bir günlük biletlər həftənin 5, 6 7-ci günləri üçün olacaq. Bu yerlərin qiymətləri 60-150 manat arasında dəyişir. Ən ucuz qiymət 5-ci gün, ən bahalı qiymətlər isə bazar günü üçün olan biletlərdə olacaq.

B.Özərdim deyib ki, endirim üçün təyin olunmuş müddət bitdikdən sonra hazırkı qədər böyük endirim olmayacaq.

Onun sözlərinə görə, dolların məzənnəsinin dəyişməsindən asılı olmayaraq, Azərbaycan üçün qiymətlər dəyişməyəcək. Ancaq xarici ölkələr üçün dolların məzənnəsinə uyğun olaraq, qiymət dəyişə bilər.

Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiymətləri həmin günün məzənnəsinə görə hesablanacaq. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/178272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR