Dollar rekord təzələdi - Türkiyədə

Dollar rekord təzələdi - Türkiyədə
15:12 2 Dekabr 2016
404 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ABŞ dollarının məzənnəsi yeni tarixi rekord səviyyəyə yüksəlib. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu gün, dekabrın 2-də nağd valyuta bazarında məzənnə 3,5250 TRY/USD-yə yüksəlib. Buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dəqiqə bundan əvvəl ölkədə faizləri azaltmaq zərurəti barədə açıqlaması olub. 

Qeyd edək ki, makroiqtisadiyyatda milli valyutanın məzənnəsi zəifləyirsə, yəni devalvasiya baş verirsə, ölkədə uçot dərəcəsinin artırılaraq milli valyutaya marağın artırılması əsas şərt kimi qəbul edilir.

Həmçinin "Moody's" beynəlxalq reytinq agentliyi bu günə nəzərdə tutulan Türkiyənin kredit reytinqi qiymətləndirməsini öz təqvimindən çıxardığını açıqlayıb.

"Report"un analitik qrupu ilin sonuna qədər TRY/USD məzənnəsinin 3,60-a qədər yüksəldikdən sonra 3,45-dək geriləyəcəyini proqnozlaşdırır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR