Maşallah Əhmədova 9 il cəza tələbi

Maşallah Əhmədova 9 il cəza tələbi
15:19 2 Dekabr 2016
95 Digər
Ölkə mətbuatı
A- A+

Dələduzluqda təqsirli bilinən sabiq futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə prokuror çıxış edib. O, çıxışında sabiq futbolçu Maşallah Əhmədova 9 il cəza və barəsindəki ev dustaqlığının ləğv edilməsini istəyib.

 

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb. Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR