Prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istədi

Prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istədi
15:27 2 Dekabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
 
Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb.
 
M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR