Filarmoniya musiqiçini niyə işdən çıxarıb? - AÇIQLAMA

Filarmoniya musiqiçini niyə işdən çıxarıb? - AÇIQLAMA
15:33 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dövlət Filarmoniyası kamança ifaçısı Xəyyam Məmmədovun ikinci iş yeridir. Onun əsas iş yeri Milli Konservatoriyadır”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Dövlət Filarmoniyasının kadrlar şöbəsinin müdiri Sürəyya Əqilova deyib.

O, bildirib ki, Xəyyam Məmmədovun işdən yenicə azad edilməsi ilə bağlı xəbərlər doğru deyil: “O, üç ildir işdən çıxıb. Bu məsələni niyə indi qaldırırlar? Bütün bunlar bir yana, o özü işdən çıxması ilə bağlı 2013-cü ildə ərizə yazıb. Azərbaycan Dövlət Filarmoniyası Xəyyam Məmmədovun əsas iş yeri deyildi”.

Şöbə müdiri bildirib ki, kamança ifaçısı hazırda Milli Konservatoriyada dərs deyir.

Anar

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR