Konqoda dəniz özülündə yanğın baş verib

Konqoda dəniz özülündə yanğın baş verib
15:37 2 Dekabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Ötən gün Konqonun “Foukanda” dəniz özülündə yanğın baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Eni” şirkəti hadisə zamanı bir nəfərin ölməsi barədə məlumat yayıb.
Həmin şəxs kran operatoru vəzifəsində çalışıb və evakuasiya zamanı itib. Yanğın söndürüldükdən sonra isə onu ölü olaraq tapıblar.
Məlumata görə, özüldə olan 45 nəfərdən 5 nəfəri isə yüngül yanıq xəsarəti alıb.
“Eni” şirkəti yanğının səbəblərinin araşdırıldığını və əlavə məlumat veriləcəyini qeyd edib.
Qeyd edək ki, “Eni” şirkəti Konqonun quru və dəniz ərazisində kəşfiyyat və hasilatla məşğuldur. İtaliya şirkəti “Foukanda” layihəsində 58% payla operatordur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/konqoda-deniz-ozulunde-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR