Prokuror Maşallah Əhmədova 9 il cəza istədi

Prokuror Maşallah Əhmədova 9 il cəza istədi
15:48 2 Dekabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Maşallah Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.

Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.(teleqraf)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR