“Bakı Qarabağa görə ruslarla...” – ABŞ kəşfiyyatı Kremlin PLANLARINI AÇDI

“Bakı Qarabağa görə ruslarla...” – ABŞ kəşfiyyatı Kremlin PLANLARINI AÇDI
16:08 2 Dekabr 2016
400 Digər
Ölkə mətbuatı
A- A+

“Avropa və Birləşmiş Ştatlarda baş verənlər Rusiyanın əlini gücləndirir. Artıq post-sovet ölkələri öz siyasi xətlərinə yenidən baxırlar”.

Publika.az
xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Avropa İttifaqına doğru yönələn Moldovada Rusiyapərəstlər qalib gəldi: “Gürcüstan 2008-ci il müharibəsinin ağrılarını arxa plana keçirir və Rusiyaya qarşı mövqeyini yumşaldır. Ukraynanın mövqeləri zəifləyir və Rusiyaya ilə danışıqlar aparmağa məcbur vəziyyətdədir. Bu, faktiki olaraq Rusiyanın əlinin güclənməsi deməkdir. ABŞ-da seçkilər, Avropada “Brexit” və digər siyasi, iqtisadi böhranlar Moskvaya bu imkanı verir”.

Mərkəz qeyd edir ki, aprel müharibəsində Rusiyanın neytral qalmasından sonra Ermənistanda ruslara qarşı düşmənçilik gücləndi: “Lakin reallıq budur ki, Ermənistan rusların məngənəsindən çıxa bilmir. Burada Azərbaycanın seçəcəyi xətt daha maraqlıdır. Bakı Qarabağı qaytarmaq üçün Rusiyanın Avrasiya İqtisadi İttifaqına üzv olmaq məsələsini müzakirə edə bilər. Görünən budur ki, Bakının xarici siyasət kursunda Qarabağ məsələsi əsas prioritet olaraq qalır. Rusiya da öz maraqları çərçivəsində Bakı ilə razılaşa bilər”.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR