"Künclərə qısılıb ağlayırdım" - Əməkdar artist

"Künclərə qısılıb ağlayırdım" - Əməkdar artist
16:12 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Qısqanclığa görə 10 il səhnədən uzaq qalmışam. Bu da mənim səhnə uğurlarımı, konsertlərimi aldı. Dövlət televiziyasından konsert görüntülərim silindi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Firuzə İbadova ATV-də yayımlanan "3-cü göz" verilişində deyib. 

Müğənni həyat yoldaşının onu qısqandığını və on il sənətdən uzaqlaşdırdığını deyib:

"Bu da sevgini məhv edir. Həyatdan küsürdüm. Künclərə qısılıb ağlayırdım, divarla söhbət edirdim. Özümü ölmüş kimi hiss edirdim. Elə bilirdim artıq yoxam. Hətta Şəfiqə Axundova bir dəfə dedi ki, elə bildim dünyadan köçmüsən".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/495129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR