Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda problemli kreditlər azalıb
16:17 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlər bu il noyabrın 1-nə 1 375,6 mln. manat təşkil edib. 
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 221,7 mln. manat və yaxud 13,9% azdır.
İlin əvvəlinə nisbətən problemli kreditlər 132,9 mln. manat və yaxud 8,8% azalıb, son 1 ildə isə 73,7 mln. manat və yaxud 5,7% artıb.
Noyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 8,7% təşkil edib. Bu göstərici oktyabrın 1-də 9,5%, ötən ilin sonunda 6,9%, 1 il bundan əvvəl isə 7% olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-problemli-kreditler-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR