Avtomobildən düşən sürücü üç “07”nin toqquşmasına səbəb olub: 2 yaralı

Avtomobildən düşən sürücü üç “07”nin toqquşmasına səbəb olub: 2 yaralı
16:37 2 Dekabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

 Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda üç avtomobilin toqquşub, onlardan birinin sürücüsünü maşın vurub.
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, aroport yolunda 1985-ci il təvəllüdlü Ələkbərov Elçin Zakir oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobolini yolun kənarında saxlayaraq yerə enib. Bu zaman arxadan sürətlə gələn digər "VAZ 2107" markalı avtomobil E.Ələkbərovu vurub. O, ağır xəsarət alıb. Qəza anında başqa bir "VAZ 2107" markalı avtomobil də hər iki maşına çırpılıb. Nəticədə sonuncu avtomobilin sərnişini 1965-ci il təvəllüdlü Əliyev Afiq Yəhya oğlu da xəsarət alıb.
Hər iki yaralı "Təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, E.Ələkbərovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-3-avtomobilin-toqqusmasi-zamani-surucunu-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR