Play Store

Bəzi apteklər güclü təsirə malik dərmanlar satacaq

Bəzi apteklər güclü təsirə malik dərmanlar satacaq
16:38 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bəzi apteklərə güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına icazə veriləcək.

Publika.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində Mərkəzin, Respublika Narkoloji Mərkəzinin və İnnovasiyavə Təchizat Mərkəzinin rəhbəliyinin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin topdan və pərakəndə satışı fəaliyyətinə xüsusi icazə almaq istəyən, çoxsaylı aptek şəbəkəsinə malik iri topdansatış əczaçılıq şirkətlərinin rəhbərlərinin iştirakı ilə toplantıda bildirilib.

Toplantıda çıxış edən Analitik Ekspertiza Mərkəzinin direktoru M.Süleymanov və Respublika Nazrkoloji Mərkəzinin direktoru T.Məmmədhəsənov “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanunla təsdiq olunmuş güclü təsir edən maddələr və zəhərli maddələrin idxalı, saxlanması və satışına olan tələblər barədə ətraflı məlumat verib.

Güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyindən rəyin verilməsini istəyən əczaçılıq müəssisələrində belə dərman vasitələrinin istifadəsinə tibbi göstərişi olan xəstələrə əlçatan olmasının təmin edilməsi məqsədilə, həmçinin bu siyahıya daxil olan dərman vasitələrinin qanunvericiliklə saxlanılması və satışı tələblərinə cavab verən əczaçılıq müəssisələrinin siyahısını hazırlayıb, Analitik Ekspertiza Mərkəzinə və Respublika Nazrkoloji Mərkəzinə təqdim olunması bildirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/178286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR