"Rusiyanın Qarabağ münaqişəsinin həllini prioritet müəyyən etməsini alqışlayırıq"

"Rusiyanın Qarabağ münaqişəsinin həllini prioritet müəyyən etməsini alqışlayırıq"
16:42 2 Dekabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni xarici siyasət konsepsiyasında Rusiya tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin prioritet vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdir edirik.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, konsepsiyada münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatlarda ifadə olunan prinsiplərin əsas götürüldüyü qeyd olunur.

XİN rəsmisinin sözlərinə görə, bu bəyanatlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində xüsusilə mövcud status-kvonun qəbuledilməzliyi və qeyri-davamlı olduğunu vurğulayırlar:

"Azərbaycan tərəfi prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış müzakirələrə uyğun olaraq, Rusiya və ATƏT Minsk qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/495174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR