Play Store

Azərbaycanda kommersiya banklarının AMB-yə borcu artıb

Azərbaycanda kommersiya banklarının AMB-yə borcu artıb
16:42 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəlikləri 2017-ci il noyabrın 1-nə 7 507 mln. manat təşkil edib.
"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 263,5 mln. manat və ya 3,63%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 684,5 mln. manat və ya 55,66% artıb. 
Bu ilin əvvəlinə nisbətən kommersiya banklarının AMB qarşısında öhdəlikləri 2 132 mln.manat və ya 39,66% artıb. Artımın əsasən banklara dollarla verilən kreditlər hesabına yarandığı ehtimal edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-kommersiya-banklarinin-amb-ye-borcu-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR