Play Store

Ekspert: "Korporativ idarəetməyə pul və enerji sərf etmək istəməyənlər ASC-dən MMC-yə çevrilir"

Ekspert: "Korporativ idarəetməyə pul və enerji sərf etmək istəməyənlər ASC-dən MMC-yə çevrilir"
16:42 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda açıq səhmdar cəmiyyət (ASC) formasında fəaliyyət göstərən bəzi müəssisələr şəffaf işləməkdə, ictimaiyyətə hesabat verməkdə, aktivlərinin həcminə təsir edəcək əməliyyatlar barədə səhmdarlarını məlumatlandırmaqda maraqlı deyil. Bunu “Report”a açıqlamasında "Kapital Menecment" investisiya şirkətinin analitiki Cəfər İbrahimli son vaxtlar bir sıra ASC-lərin təşkilati-hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ASC-lərdən fərqli olaraq MMC-lərə qarşı korporativ idarəetmə tələbləri qoyulmayıb, onlar təsisçilərinə hesabat açıqlamaq məsələsində nisbətən sərbəstdirlər, odur ki, bir sıra müəssisələrin əsas pay sahibləri ASC-dən MMC-yə çevrilməyə üstünlük verirlər: “Bu, o sahibkarlardır ki, müasir idarəetməyə pul və enerji sərf etmək istəmirlər, vaxtaşırı səhmdarlarına problem yaradırlar və onlar üçün ASC olmaqdansa MMC olmaq daha məqbuldur”.
C.İbrahimlinin fikrincə, təşkilati-hüquqi formanı dəyişmək tendensiyası Azərbaycanın kapital bazarının potensialını azaldır: “ASC-dən MMC-yə çevrilənlər bununla fond bazarının daha geniş kütləni əhatə etməsinə mənfi təsir göstərir. Çünki səhmdar cəmiyyətlər bu bazarın iştirakçılarıdır. Təşkilatı-hüquqi formanı dəyişdirənlər həm də qiymətli kağızlar bazarı vasitəsi ilə kapitallaşma imkanlarını məhdudlaşdırırlar”.
Bununla belə, ekspert hesab edir ki, bazarda müasir tələblərə cavab verməyən ASC-lərin qalmasındansa, onların MMC-yə çevrilməsi, kapital bazarının iştirakçılarının yalnız sağlam subyektlərdən ibarət olması daha məqsədəuyğundur: “Hazırda 1 500-dən çox səhmdar cəmiyyət var və bunların əksəriyyəti qiymətli kağızlar bazarının qaydalarını mənimsəməyib. Düşünürəm ki, belələrinin MMC-yə çevrilməsi bazarın əməliyyat həcminə elə də çox təsir etməyəcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ekspert-korporativ-idareetmeye-pul-ve-enerji-serf-etmek-istemeyenler-asc-den-mmc-ye-cevrilir-111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR