Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda problemli kreditlər azalıb
17:05 2 Dekabr 2016
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin noyabr ayının 1-nə 1 mlrd. 375,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 5,66% və ya 73,7 mln. manat çoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda problemli kreditlərin həcmi 221,7 mln. manat və ya 13,9% azalıb.

Hesabat dövründə milli valyutada 8 mlrd. 509,5 mln. manatlıq kredit verilib ki, bunun da 632,3 mln. manatının və ya 7,43%-nin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 7 mlrd. 310,5 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 743,3 mln. manat və ya 10,2% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 45,9%, xarici valyutada isə bu göstərici 54,03% təşkil edir.

Onu da qeyd edək ki, oktyabrda vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 8,7% təşkil edir. Xatırladaq ki, sentyabrda bu göstərici 9,51% olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR