Azərbaycan Kubokunda 1/4 finala yüksələn daha bir komandanın adı müəyyənləşib

Azərbaycan Kubokunda 1/4 finala yüksələn daha bir komandanın adı müəyyənləşib
17:17 2 Dekabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib. 
"Report"un məlumatına görə, bu, Bakının "İnter" klubudur.
Paytaxt təmsilçisi 1/8 finalda I Divizion təmsilçisi "Qaradağ Lökbatan"ı mübarizədən kənarlaşdırıb - 5:1. "Bankirlər"dən 13-cü və 53-cü dəqiqələrdə Rauf Əliyev, 51-ci (penaltidən) və 76-cı dəqiqələrdə Ruslan Abışov dubl edib. Daha bir qolu 60-cı dəqiqədə Ağabala Ramazanov vurub. "Qaradağ Lökbatan"ın təsəlli qoluna isə 90+1-ci dəqiqədə Məhəmməd Alıyev imza atıb. Qonaqlardan 67-ci dəqiqədə Rüfət Məmmədov 67-ci dəqiqədə penaltidən yararlana bilməyib. 1/4 finalda "İnter"in rəqibi dekabrın 3-də "Şahdağ"la "Kəpəz" arasında keçiriləcək görüşün qalibi olacaq.
Qeyd edək ki, daha öncə "Sumqayıt" MOİK-i 2:0 hesabı ilə yenərək, adını növbəti mərhələyə yazdırıb. "Gənclik şəhəri" təmsilçisi 1/4 finalda "Qarabağ" - "Səbail" matçının qalibi ilə qarşılaşacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-kubokunda-1-4-finala-yukselen-daha-bir-komandanin-adi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR