Putin və Ərdoğan Suriyanı böldü - RAZILAŞMA

Putin və Ərdoğan Suriyanı böldü - RAZILAŞMA
17:18 2 Dekabr 2016
154 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə və Rusiya Suriyanın şimalındakı bölgələrə nəzarətin kimin edəcəyi barədə razılaşmağa başlayıb.

Publika.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, bu haqda Avropa mediası bildirir.

Avropa mediasının yazdığına görə, Türkiyə Suriyanın şimalında “yarı təhlükəsiz bölgə” yarada bilib. BBC-nin türk xidməti xatırladır ki, Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin son bir həftə ərzində üç dəfə telefonla söhbət edib. Prezidentlərin telefon söhbətində Suriyadakı, həmçinin Hələbdəki son vəziyyət müzakirə edilib.

Hazırda Türkiyə əsgərləri və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Hələb və Rakka arasında İŞİD-in əlində qalan son qəsəbə olan Əl Baba doğru irəliləyir. Türkiyə Silahlı Qüvvələri və ASO birlikləri Əl Baba çatıb və strateji bir qovşaqda yerləşən qəsəbəni mühasirəyə alıb. Türkiyə prezidenti daha əvvəl verdiyi açıqlamalarında hərbi birliklərin Menbic (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarətindədir –red.) və Rakkaya (İŞİD terror qruplaşmasının de-fakto paytaxtı –re.) irəliləyəcəyini söyləyib.

“Times” nəşrinə danışan hökumətə yaxın mənbə bildirib ki, Türkiyənin Suriyadakı strateji missiyası rejimlə qarşı-qarşıya gəlmək deyil, Türkiyə sərhədində terrordan təmizlənilmiş bölgəni yaratmaqdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR