Çindən Azərbaycana 1,5 milyon tut tingi gətirildi - FOTO

Çindən Azərbaycana 1,5 milyon tut tingi gətirildi - FOTO
17:22 2 Dekabr 2016
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Çindən Azərbaycana 1,5 milyon ədəd tut tingi (çəkil) gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

2007-ci ildən ilk dəfə olaraq respublikada 70 tondan çox yaş barama məhsulu istehsal edilib. Hazırda ölkədə baramaçılığın yem bazasının formalaşdırılması, tut (çəkil) tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Respublikada baramaçılığın gələcək inkişafının təmin edilməsində ipək qurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə nazirlik tərəfindən 1,5 milyon ədəd tut tinglərinin alınması üçün Çinin "Shandong Guangtong Silkworm Eggs Co" LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. 2016-cı il 2 dekabr tarixində şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respublikaya gətirilib. Tinglər Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 37 rayona paylanılacaq.

Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqroteniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq video tövsiyələr, bukletlər, yaddaş vərəqələri və digər maarifləndirici materiallar hazırlanmış və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət ediliblər. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həmdə sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanıb və fermer və sahibkarlara, eyni zamanda nazirliyin tabeliyində olan tingçilik təsərrüfatlarına ödənişsiz əsaslarla veriləcək.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR