Azərbaycan bankları oktyabrda nağd xalis dollar satışını artırıb

Azərbaycan bankları oktyabrda nağd xalis dollar satışını artırıb
17:32 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın kommersiya bankları oktyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə xalis 94,54 mln. ABŞ dolları satıblar. Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 
Xatırladaq ki, sentyabr ayında bu rəqəm 65,668 mln. dollar, ötən ilin oktyabr ayında isə 327,995 təşkil edib. 
2016-cı ilin 10 ayı üzrə əhaliyə xalis valyuta satışı isə 375,539 mln. dollar olub.
"Report"un analitik qrupu hesab edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda yenidən ABŞ dolları ilə müqayisədə zəifləməsi və neftin ucuzlaşması bağlıdır.
Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran AMB-nin valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il dekabrın 1-nə 11 182,4 mln. dollar və ya 73,6% azalaraq 4 011 mln. dollara enməsinə səbəb olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-banklari-oktyabrda-nagd-xalis-dollar-satisini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR