"Motivasiya yüksək deyildi" - Zaur Svanadze

"Motivasiya yüksək deyildi" -   Zaur Svanadze
17:37 2 Dekabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

“İlk hissədə çox pis oynadıq. Fikrimcə, bu, cari mövsümdəki ən pis oyunumuz idi”. Fanat.Az xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

“Bankirlər” Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün “Qaradağ Lökbatan” üzərində böyükhesablı (5:1) qələbə qazanaraq, adlarını növbəti mərhələyə yazdırıblar.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Svanadzenin qələbə şərhi belə olub: “Bilmirəm, bunun səbəbi nə idi, bəlkə də, motivasiya yüksək deyildi. Ola bilər ki, I divizion komandası ilə qarşılaşdığımız üçün futbolçular belə düşünürdülər. Amma biz görüşdən əvvəl bu barədə söhbət etmişdik. Ancaq ikinci hissəni yüksək səviyyədə keçirdik, düşündüklərimizi yerinə yetirməyi bacardıq”.

 

- Sanki qarşıdakı oyun üçün taktiki gedişləri sınaqdan keçirirdiniz...

- Xeyr, bu barədə xüsusi düşünmürdük. Sadəcə, oyunun gedişi belə alınırdı. Birinci hissəni passiv keçirdik. Növbəti matçlarda da müdafiədə otursaq, yaxşı alınmayacaq.

 

- Qış təlim-məşq toplanışının planı bəlli olubmu?

- Həmişəki kimi, Türkiyəyə yollanacağıq. Bununla bağlı planımız var. Amma hələ gözləyirik. (apasport.az)




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmotivasiya-yuksk-deyildiquot-t54647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR