Play Store

"Bank Standard"ın işdən azad olunan əməkdaşlarının nəzərinə

"Bank Standard"ın işdən azad olunan əməkdaşlarının nəzərinə
17:47 2 Dekabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan QSC "Bank Standard" KB-nin işdən azad olunan işçilərinə müraciət edib.

Milli.Az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, ləğvedici fəaliyyətə başladıqdan sonra bankın işçilərini işdən azad etməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün bildiri ki, bankların ləğvi və iflas proseduru "Banklar haqqında" qanunun tələblərinə uyğun şəkildə həyata keçirilir. Qanunun tələblərinə uyğun olaraq, ləğvedicinin əsas funksiyalarından biri bankın aktivlərini qorumaq və kreditorların maraqlarının təmin edilməsi üçün xərcləri optimallaşdırmaqdan ibarətdir. Bank lisenziyası ləğv edildiyi üçün banka qeyd olunan sahədə fəaliyyət göstərmək qanunla qadağan edilir. Bu baxımdan, bankın bir sıra işçilərinin əməyi bankın ləğvi prosesində öz əhəmiyyətini itirib və ləğvedici bankın xərclərini azaltmaq məqsədilə həmin işçilərlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 "a" bəndi ilə - müəssisənin ləğvi əsası ilə xitam verib. "Banklar haqqında" qanun ləğvediciyə bu cür hüquq verib. Belə ki, həmin qanunun 79.2-ci maddəsinə əsasən ləğvedici istənilən vaxt Əmək Məcəlləsində müəyyən edilmiş qaydada bankın işçilərinin bankla bağladıqları əmək müqavilələrinə xitam verə bilər.

Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı ödənilir. Həmin Məcəllənin 77-ci maddəsinin 5-ci hissəsinə əsasən isə bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əməkhaqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir.

Əmək Məcəlləsinin müvafiq normalarından göründüyü kimi, müəssisənin ləğvi əsası ilə əmək müqaviləsinə xitam verilən anda işçiyə yalnız ən azı orta əmək haqqı məbləğində müavinət ödənilməlidir. 2-ci və 3-cü aylar üçün ödəniləcək orta əməkhaqqı məbləği isə işçi yalnız işsizlik üçün qeydiyyata alındıqda və məşğulluq orqanlarından arayış təqdim etdikdə ödənilməldir. Ləğv prosesində olan QSC "Bank Standard" KB-nin ləğvedicisi ADIF işdən azad olunan işçilərin təminatlarını qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirməkdədir.

Fond bildirir ki, Vergi Məcəlləsinin 102-ci maddəsində müəssisənin ləğvi əsası ilə işdən azad olunan işçilərə ödənilən təminatlar üzrə gəlir vergisindən azad olma nəzərə tutulmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR