Qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlanıldı

Qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlanıldı
17:52 2 Dekabr 2016
122 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva şəhər rəhbərliyi qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daşınmaz Əmlakların İstifadəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.

Siyahıya daxil olan 43 tikilidən 4-ü söküləcək, digərlərinin sahibləri isə söküntü işlərini könüllü şəkildə həyata keçirəcəklər. Məcburi sökülmə prosesi dekabrın 5-də başlayacaq.

Qanunsuz tikililərin sökülməsi ilə bağlı üçüncü siyahı oktyabrın 4-də təsdiq edilib. İlk kütləvi söküntü fevralın 9-da reallaşıb. Həmin vaxt 104 qanunsuz obyekt dağıdılıb. Avqustun 29-da keçirilən ikinci mərhələdə isə 107 obyekt sökülüb. 

İkinci mərhələ Rusiya paytaxtında metro stansiyaları ətrafında yerləşən ticarət və xidmət obyektlərinə şamil olunub. Həmin obyektlərin sahibləri arasında azərbaycanlılar da var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR