Formula 1 üzrə yeni dünya çempionu karyerasını başa vurub

Formula 1 üzrə yeni dünya çempionu karyerasını başa vurub
17:57 2 Dekabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Formula 1 üzrə dünya çempionu Niko Rosberq karyerasını başa vurub. "Report"un məlumatına görə, "Mercedes"in almaniyalı pilotu bu barədə şəxsi "Facebook" səhifəsində yazıb.
31 yaşlı idmançı bildirib ki, karyerası ərzində yeganə böyük arzusu və məqsədi çempionluq olub. Rosberq ağır əmək, ağrılara rəğmən, çempionluq naminə bir çox şeydən imtina etdiyini vurğulayıb: "Amma indi mən bunu etdim, zirvəyə qalxdım və qərara aldım ki, Formula 1 karyeramı başa vurum. Əvvəlki iki mövsümdə Lüis Hemiltona uduzdum. Bunlar, çox çətin anlar olsa da, məni daha da həvəsləndirdi. Bu mövsümə hər şeyimi qoydum. Nəticədə xeyli çətinliklə çempion oldum. Artıq yeni həyata başlama zamanıdır".
Qeyd edək ki, Niko Rosberqin bu il qalib olduğu yarışlar arasında Bakıda keçirilmiş Avropa Qran Prisi də var. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-uzre-yeni-dunya-cempionu-karyerasini-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR