Bakıda yeni qiymət "icadı" - FOTO

Bakıda yeni qiymət "icadı" - FOTO
17:57 2 Dekabr 2016
296 Ölkə
Ölkə mətbuatı
A- A+

Dolların məzənnəsinin tez-tez dəyişməsi ölkədə idxalçıları da maraqlı üsullara əl atmağa vadar edib. Belə ki, sahibkarlar qiymətləri dolların kursu ilə ayaqlaşdırmaq üçün ŞV (şərti vahid) sistemindən istifadə etmək qərarına gəlib. Analoji hal daha çox marka və brend mağazaların yerləşdiyi "Port Baku Mall" ticarət mərkəzində müşahidə olunur.

Ölkədə yeganə ödəmə vastəsinin milli valyuta-manat olduğunu nəzərə alsaq, qanunla bu hal qadağandır. Milli.Az xəbər verir ki, bu məqamda qafqazinfo məsələylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan münasibət öyrənib.

Sədr bildirib ki, bu, birmənalı şəkildə istehlakçı hüquqlarının pozulmasıdır:

"Satışı dollarla həyata keçirən topdan və digər pərakəndə satış mərkəzləri Vergilər Nazirliyi tərəfindən cərimələnir.

Bununla bağlı Nazirlər Kabinetinin 94 nömrəli qərarında göstərilir ki, malların üzərində məsul şəxsin imzası olan müvafiq qiymət sənədi olmalıdır. Həmin səndddə qiymət mütləq milli valyuta ilə göstərilməlidir. Satışı dollardan asılı bir vəziyyətdə qoymaq olmaz".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR