Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 17.30 radələrində Lənkəran-Boradigah şosesində, Separadi kəndi ərazisində qeydə alınıb.
Masallı rayon sakini olan Güləddin adlı şəxsin idarə etdiyi "Mercedes" markalı avtomobil qəflətən idarəetmənin itməsi səbəbindən yol kənarında olan ağaca çırpılıb. Güclü zərbədən avtomobil deformasiyaya uğrayıb.
Ağır xəsarət alan sürücü Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Milli.Az