Lənkəranda ağır qəza

Lənkəranda ağır qəza
18:13 2 Dekabr 2016
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Apa-ya istinadən xəbər verir ki, hadisə 17.30 radələrində Lənkəran-Boradigah şosesində, Separadi kəndi ərazisində qeydə alınıb.

Masallı rayon sakinini olan Güləddin adlı şəxsin idarə etdiyi “Mercedes” markalı avtomobil qəflətən idarəetmənin itməsi səbəbindən yol kənarında olan ağaca çırpılıb. Güclü zərbədən avtomobil deformasiyaya uğrayıb.

Ağır xəsarətlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən sürücü orada dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/178295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR