Daha bir komanda 1/4-ə yüksəldi

Daha bir komanda 1/4-ə yüksəldi
18:22 2 Dekabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bakının "İnter" klubu 1/8 finalda I Divizion təmsilçisi "Qaradağ Lökbatan"ı mübarizədən kənarlaşdırıb - 5:1. "Bankirlər"dən 13-cü və 53-cü dəqiqələrdə Rauf Əliyev, 51-ci (penaltidən) və 76-cı dəqiqələrdə Ruslan Abışov dubl edib. Daha bir qolu 60-cı dəqiqədə Ağabala Ramazanov vurub.

"Qaradağ Lökbatan"ın təsəlli qoluna isə 90+1-ci dəqiqədə Məhəmməd Alıyev imza atıb. Qonaqlardan 67-ci dəqiqədə Rüfət Məmmədov 67-ci dəqiqədə penaltidən yararlana bilməyib. 1/4 finalda "İnter"in rəqibi dekabrın 3-də "Şahdağ"la "Kəpəz" arasında keçiriləcək görüşün qalibi olacaq.

Qeyd edək ki, daha öncə "Sumqayıt" MOİK-i 2:0 hesabı ilə yenərək, adını növbəti mərhələyə yazdırıb. "Gənclik şəhəri" təmsilçisi 1/4 finalda "Qarabağ" - "Səbail" matçının qalibi ilə qarşılaşacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR