FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqlayıb

FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqlayıb
18:37 2 Dekabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ FİFA 2016-cı ilin müxtəlif nominasiyalar üzrə ən yaxşılarının qısa siyahısını açıqlayıb. 
"Report"un məlumatına görə, ilk olaraq ən yaxşı qadın məşqçilərin "üçlüy"ü müəyyənləşib.
Siyahıda Cill Ellis (ABŞ), Silviya Nayd (Almaniya) və Pia Sundheyc (İsveç) yer alıb. Ən yaxşı kişi məşqçi adı uğrunda İngiltərənin "Lester" klubunun baş məşqçisi Klaudio Ranyeri, Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos və İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan yarışacaq.
İlin ən yaxşı qolunun - Puşkaş mükafatının sahibi braziliyalı Conatan Marlon, venesuelalı qadın futbolçu Danişka Rodriges və malayziyalı Mohd Faiz Subri mübarizəsinin qalibi olacaq.
Bu nominasiyalarla yanaşı, ilin ən yaxşı qadın və kişi futbolçularına namizədlərin də siyahısı açıqlanıb. Qadınların siyahısında Almaniya yığmasının üzvü Melani Berinqer, ABŞ yığmasından Karli Lloyd və Braziliya yığmasında çıxış edən Marta yer alıb.
Ən yaxşı kişi futbolçuları adına namizədlər siyahısında isə İspaniya La Liqasında çıxış edənlərin adları yer alıb. Bunlar son illərdə olduğu kimi, İspaniya "Real Madrid"inin üzvü, portuqaliyalı Kriştianu Ronaldu, "Barselona"dan argentinalı Lionel Messi və "Atletiko"da çıxış edən Antuan Qrizmanndır.
Qaliblər yanvarın 9-da İsveçin Sürix şəhərində keçiriləcək mərasimdə açıqlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fi-fa-ilin-en-yaxsilarinin-qisa-siyahisini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR