"Neftçi" Azərbaycan Kubokunun 1/4 finalına yüksəlib

"Neftçi" Azərbaycan Kubokunun 1/4 finalına yüksəlib
18:57 2 Dekabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Kubokunun 1/4 finalında daha bir oyun keçirilib. 
"Report"un məlumatına görə, Premyer Liqada çıxış edən "Neftçi" I Divizion təmsilçisi "Şərurspor"u qəbul edib.
"Bakcell Arena"da keçirilən qarşılaşma paytaxt klubunun üstünlüyü ilə keçib. 14-cü dəqiqədə Fəhmin Murabəyli, 22-ci dəqiqədə isə Məqsəd İsayev fərqlənib. Oyun bu hesabla da başa çatıb.
"Neftçi" 1/4 finalda "Turan Tovuz" - "Zirə" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "İnter", AZAL və "Sumqayıt" da 1/4 finala vəsiqə qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-azerbaycan-kubokunun-1-4-finalina-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR