Play Store

Milli Paralimpiya Komitəsinin baş katibi vəzifəsi Şaiq Həmidova həvalə edilib

Milli Paralimpiya Komitəsinin baş katibi vəzifəsi Şaiq Həmidova həvalə edilib
19:02 2 Dekabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.
İclasda ARMPK-nin V hesabat seçki yığıncağının keçirilməsinə hazırlıqla əlaqədar bəzi tədbirlər haqqında, “Bakı 2017” IV İslam Həmirəylik Oyunlarına hazırlığın vəziyyəti barədə və ARMPK-nin baş katibi haqqında məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib.
Nizamnamənin tələblərinə uyğun olaraq 2017-ci ilin fevral ayında ARMPK-nin V hesabat-seçki yığıncağının keçirilməsi qərara alınıb və yığıncağın hazırlanib keçirilməsi məqsədi ilə Təşkilat komitəsi yaradılıb. “Bakı 2017” IV İslam Həmirəyliyi Oyunlarına hazırlıqla əlaqədar Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib. İK-nin qərarı ilə ARMPK-nin baş katibi vəzifəsinin icrası müvəqqəti olaraq Komitənin vitse-prezidenti Şaiq Həmidova həvalə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/milli-paralimpiya-komitesinin-bas-katibi-vezifesi-saiq-hemidova-hevale-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR