ABŞ: Bu, sərmayənin Azərbaycana gətirilməsinə təkan verir

ABŞ: Bu, sərmayənin Azərbaycana gətirilməsinə təkan verir
19:08 2 Dekabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

“Son 3 il ərzində 35-ə yaxın ABŞ şirkətinin nümayəndələri Azərbaycana səfərlər ediblər”.

Publika.az apa-ya istinadən bildirir ki, bunu ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli deyib. O, səfərlər zamanı ümumilikdə 200-ə yaxın görüş keçirildiyini söyləyib: “Keçirilən görüşlərin nəticələrini görürük. 2017-ci ilə aid planlardan danışarkən deyim ki, müəyyən proqramlaşdırma işləri həyata keçirilir. Bunlardan biri ABŞ-Azərbaycan Ticarət Palatasının fəaliyyəti nəticəsində martda ABŞ-da keçiriləcək tədbir olacaq. Bu, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təkan verə biləcək tədbirdir. Azərbaycan artıq məqsədlərini müəyyənləşdirib, bu məqsədlər qeyri-neft sektorunun inkişafı və diversifikasiya siyasətidir. Düşünürəm ki, bu məqsədi əldə etmək üçün müəyyən işlər görülməlidir”.

M.Lalli bildirib ki, Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərindən ikisi biznes mühitinin inkişafı və qeyri-neft sahəsini hədəfləyən investisiyanın cəlb olunmasıdır: “Bu istiqamətdə Azərbaycanda islahatlar keçirilir. Bu islahatlar sərmayənin Azərbaycana gətirilməsinə təkan verir. Amerika biznesmenlərinin Azərbaycana marağını müşahidə edirik və bu istiqamətdə işləyirik”.

Qonaq qeyd edib ki, ABŞ-la Azərbaycan arasında birbaşa hava nəqliyyatı var, bu isə özlüyündə əlaqələrin inkişafı üçün vacib addımdır: “Azərbaycanla informasiya texnologiyaları və kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar var. Azərbaycan ABŞ-la kosmos sahəsində əməkdaşlıq həyata keçirir. ABŞ-ın ən son texnologiyalarından istifadə olunmaqla, Azərbaycanın öz peyki fəaliyyət göstərir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/178305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR