Qərb-Şərq qarşıdurması və Avropada Rusiya xofu

Qərb-Şərq qarşıdurması və Avropada Rusiya xofu
19:29 2 Dekabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

APA TV-nin “Manşet” proqramında Qərb-Şərq qarşıdurması və Avropada Rusiya kabusu müzakirə mövzusu oldu. Politoloq Elşad Mirbəşiroğlu mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
- 2016-cı ilin sonu və 2017-ci ilin ilk aylarında Avropanın siyasi havası sərt keçəcək.  Avropanın müxtəlif ölkələrində hakimiyyətdə olan liberalların və sosial-demokratlar günü-gündən zəifləyirlər. Onların yerinə isə Rusiya tərəfindən aktiv şəkildə dəstəklənən siyasilər populyarlıq qazanmağa başlayıb.
 
- Avropada AB əleyhdarlarının sayı artmaqdadır. Avropa Birliyi daxilində ən qaranlıq siyasi mövsümü ilk olaraq Avstriyadakı prezident seçkiləri və İtaliyada keçiriləcək konstitusiya referendumu açır. Hər iki siyasi hadisə dekabrın 4-də baş tutacaq.
 
- Bir çox siyasi ekspertlərin rəyinə görə, hər iki seçki Avropanın bir sonrakı taleyini həll edə bilər. Belə görünür ki, kənardan gələn təhlükələr, immiqrantlarla bağlı problemlər, iqtisadi böhranların fonunda Avropa xalqları bir-birlərinə daha da sarılmaq, problemləri birlikdə həll etmək yerinə onu bir-birlərinin üstünə atıb qaçmağa üstünlük verirlər.
 
- Hazırda Avropada mərkəzdən qaçma meyllərinin güclənməsi də bunu göstərir.
Avstriyada prezident seçkilərində ultrasağların lideri Norbert Hoferin qalib gəlməsi bu tendensiyanın simvolik qələbəsinə çevrilə bilər.
 
- ABŞ-da keçirilən prezident seçkilərində təxminən eyni şüarları səsləndirən Donald Trampın qələbəsi Norbertin əhali içərisində dəstəyinə əlavə güc qatıb. Siyasi ekspertlərin fikrincə, Avstriya kimi ölkələrdə əhali içərisində siyasi alternativ arayışları daha da sürətlənib. Siyasi elitanı təmsil edən ənənəvi yeni tendensiyanın qarşısını almaq qabiliyyətində deyil.
 
- Siyasi müşahidəçilərə görə, Norbert Hoferin uğuru Avropadakı digər ultrasağlar üçün də stimula çevriləcək. İlk öncə gələn ilin yazında Fransada keçiriləcək prezident seçkilərində Fransa Milli Cəbhəsinin lideri Marin Le Penin sistem partiyalarının namizədləri üzərində qalib gəlmək şansları yüksələ bilər.
 
- Avropa Birliyi üçün ikinci sınaq İtaliyada keçiriləcək referendumla bağlıdır. İtaliya xalqı  ölkəni idarə edən  Avropa yönümlü Mario Renzinin təklif etdiyi islahat paketinə münasibət bildirməlidir. Renzinin islahatları Senatın dövlət idarəçiliyindən tamamilə kənarlaşdırılmasını, regional hakimiyyət orqanlarında korrupsiya ilə mübarizəni, habelə dövlət xərclərinin azaldılması ilə bağlı addımları nəzərdə tutur.
 
- Referendum qabağı keçirilən sorğular əhalinin rəyinin yarı-yarıya bölündüyünü göstərir. Rentsinin məğlubiyyətə uğraması isə Avropa Birliyinin parçalanması meyllərini daha artıracaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR