Prezident və xanımı Zərdabda - fotolar

Prezident və xanımı Zərdabda - fotolar
19:31 2 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab rayonuna səfər ediblər.

Axşam.az-ın məlumatına görə, dövlət başçısı və xanımı Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyublar.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Daha sonra prezident və xanımı Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.










Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR