Güclü külək Lerik rayonunun kəndlərini işıqsız qoyub

Güclü külək Lerik rayonunun kəndlərini işıqsız qoyub
19:42 2 Dekabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik. 2 dekabr. REPORT.AZ/ Güclü külək Lerik rayonunun kəndlərini işıqsız qoyub.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, günorta saatlarından başlayan, yağış və sulu qarla müşayiət olunan güclü külək axşama doğru daha da şiddətlənib və hazırda davam edir. 
Nəticədə rayonun Dırığ ərazisi sayılan Şinqədulan xəttində 4 dayaq aşdığından bu istiqamətdə olan 40-dan çox kənd günorta saatlarından işıqsız qalıb. Gün ərzində ərazidə təmir-bərpa işləri aparılsa da, hələlik problem qalmaqdadır. 
Lerik Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov "Report"a bildirib ki, hazırda rayon mərkəzinə də elektrik enerjisinin verilişi dayandırılıb: "Bundan başqa, rayonun Zuvand ərazisindəki kəndlərdə də elektrik enerjisi kəsilib. Hələlik ilkin məlumata görə, 50-dən artıq kənddə işıq yoxdur. Digər fəsadlar barəsində isə hələlik məlumat daxil olmayıb".
"Lerik Elektrik Şəbəkəsi"ndən isə "Report"a təhlükəsizlik tədbirləri səbəbindən rayon ərazisində elektrik enerjisinin verilişinin dayandırıldığı vurğulanıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/guclu-kulek-lerik-rayonunun-kendlerini-isiqsiz-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR