DTX-nın Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilib

DTX-nın Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilib
19:42 2 Dekabr 2016
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilib.
"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 2-də açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binadakı iş otaqları lazımi avadanlıqlar və texniki vasitələrlə təmin olunub. Binanın ikinci mərtəbəsində 4 xidməti yaşayış mənzili istifadəyə verilib, ailələr üçün hərtərəfli məişət şəraiti yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bina ilə tanışlıqdan sonra kollektivlə görüşüb, Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binasında lazımi şəraitin yaradıldığını bildirərək deyib: "Bu gün muxtar respublikada Dövlət Təhlükəsizliyi Xidməti, xidmətin idarə və şöbələri müasir binalarda fəaliyyət göstərir. Əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılıb. Ölkəmizdə bu sahə üzrə qəbul olunmuş normativ hüquqi aktların və qanunların icrasını təmin etmək, dövlət təhlükəsizliyini qorumaq və səmərəli fəaliyyət göstərmək kollektivin qarşısında duran əsas vəzifələrdir. Mövcud qanunvericilik bazası, yaradılan şərait və fəaliyyət üçün istiqamətlərin müəyyənləşdirilməsi bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcək".
Ali Məclisin Sədri kollektivə qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb.
Əməkdaşlar yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıq salınıb.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/dovlet-tehlukesizliyi-xidmetinin-culfa-rayon-sobesinin-inzibati-binasi-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR