Play Store

Kamal Abdullayev Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərlə görüşüb

Kamal Abdullayev Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərlə görüşüb
19:52 2 Dekabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 2 dekabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) partiyanın üzvü olan gənclərlə görüşüb.
Mərkəzdən "Report"a verilən məlumata görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov gənclərə Kamal Abdullanın bədii, elmi və ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib: “Kamal Abdulla gənc yaşlarında Moskva kimi bir şəhərdə doktorluq dissertasiyası müdafiə edib. Sovet dövründə buna nail olmaq üçün həddindən artıq savadlı və əzmli olmaq tələb olunurdu."
Kamal Abdulla bildirib ki, “Multikulturalizm ili” ilə bağlı özünə hesabat verdikdə, il ərzində görülən işləri çək-çevir elədikdə boşluq olduğunu hiss edib:" Mənə elə gəlir ki, bu gün burda sizinlə görüşümüz o boşluğu dolduracaq.
“Multikultralizm ili” elan olunduqdan sonra xalqımızın canında, qanında, genetik yaddaşında yaşayan multikultural dəyərlər, o enerji oyandı, sanki sel kimi aşıb-daşdı."
Dövlət müşaviri dünyada multikulturalizm siyasətinə baxış və Azərbaycandakı multikultural təhlükəsizlik haqqında da fikirlərini bölüşüb: “Əsrlərdən bəridir Azərbaycanda müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri çox normal şəkildə yanaşı yaşamaqdadırlar. Bu, Prezident İlham Əliyevin dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına göstərdiyi bərabər münasibətin nəticəsidir. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev Azərbaycanda multikultural təhlükəsizliyin təminatçısıdır.”
Görüşdə Kamal Abdulla YAP Gənclər Birliyinin üzvlərini maraqlandıran sualları cavablandırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/din/kamal-abdullayev-yeni-azerbaycan-partiyasinin-uzvu-olan-genclerle-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR