Kürdə suyun səviyyəsi aşağı düşüb, su motorları quruda qalıb

Kürdə suyun səviyyəsi aşağı düşüb, su motorları quruda qalıb
19:57 2 Dekabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 2 dekabr. REPORT.AZ/ Kür çayının səviyyəsi Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində xeyli aşağı düşüb. 
“Report”un Aran bürosu xəbər verir ki, havaların qeyri-sabit keçməsinə baxmayaraq artıq son günlər çayın səviyyəsinin hər iki rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi azalıb. 
Yaşlı adamların dediyinə görə, adətən, payız aylarında çaylarda gur sululuq dövrü başlayır. Lakin bu il isə tam əksinədir. Çayın səviyyəsinin aşağı düşməsi nəticəsində Kürətrafı bəzi yaşayış məntəqələrində su motorlarından istifadə edən sakinlər bir sıra çətinliklərlə qarşılaşıblar. Motorlar quruda qaldığından həyətlərə su vurmaq mümkün deyil. Bundan başqa, nasos stansiyaları da tam gücü ilə işləyə bilmir. 
Qeyd edək ki, son bir neçə gündə Kür çayının səviyyəsi hər iki rayonda 50-60 santimetr aşağı düşüb. Mütəxəssislərin fikrincə, çayda suyun azalması belə davam edərsə, gələcəkdə vəziyyət daha da gərginləşə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurde-suyun-seviyyesi-asagi-dusub-su-motorlari-quruda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR