Kremlin Qarabağ PLANI, üç gün sonra BÖYÜK HÜCUM... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Kremlin Qarabağ PLANI, üç gün sonra BÖYÜK HÜCUM... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 2 Dekabr 2016
1086 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi Kremlin Qarabağ planını açıqlayıb. Ekspertlər Dağlıq Qarabağ münaqişəsi ətrafında “nə müharibə, nə də sülh” mərhələsini proqnozlaşdırırlar. Ankara və Moskva Vaşinqtonu Suriya üzrə danışıqlardan kənarlaşdırmaq üzrədir. Avropa isə İŞİD-in yeni terror aktlarını gözləyir. Rusiya isə kiberhücumları dəf etməyə hazırlaşır.

Ermənilər TƏŞVİŞ İÇİNDƏ: Qarabağ üçün yeni ssenari

“Dağlıq Qarabağda yenidən həyəcanlı proseslər baş verir. Son xəbərlər göstərir ki, atəşkəs mütəmadi olaraq pozulur, cəbhədə gərginlik davam edir”. Bu barədə Rusiyanın tanınmış ictimai-siyasi xadimi Mixail Belyayev “Qarabağ ətrafında buludlar yenidən qatılaşır” adlı məqaləsində yazıb.

Müəllif aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumla bir neçə strateji yüksəkliyi azad etdiyinə diqqət çəkərək, qeyd edib ki, münaqişə ətrafında vəziyyət “nə müharibə, nə də sülh” mərhələsinə keçir. “Bölgədə vəziyyət daha da amansızlaşır. Aprel hadisələrindən səkkiz ay ötüb, lakin danışıqlar prosesi yenidən dalandadır”, - Mixail Belyayev qeyd edib.

M.Belyayev bildirib ki, Qarabağda tammiqyaslı müharibə versiyası da gündəmdədir.

Ermənilər TƏŞVİŞ İÇİNDƏ: Qarabağ üçün yeni ssenari

Dağlıq Qarabağda yenidən həyəcanlı proseslər baş verir.

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin məqaləsində Kremlin Qarabağ planı açıqlanıb. Mərkəzin analitik məqaləsində qeyd edilir ki, Avropa və Birləşmiş Ştatlarda baş verənlər Rusiyanın əlini gücləndirir və artıq post-sovet ölkələri öz siyasi xətlərinə yenidən baxırlar.

Məqalədə bildirilir ki, aprel müharibəsində Rusiyanın neytral qalmasından sonra Ermənistanda ruslara qarşı düşmənçilik gücləndi: “Lakin reallıq budur ki, Ermənistan rusların məngənəsindən çıxa bilmir. Burada Azərbaycanın seçəcəyi xətt daha maraqlıdır. Bakı Qarabağı qaytarmaq üçün Rusiyanın Avrasiya İqtisadi İttifaqına üzv olmaq məsələsini müzakirə edə bilər. Görünən budur ki, Bakının xarici siyasət kursunda Qarabağ məsələsi əsas prioritet olaraq qalır. Rusiya da öz maraqları çərçivəsində Bakı ilə razılaşa bilər”.

“Bakı Qarabağa görə ruslarla...” – ABŞ kəşfiyyatı Kremlin PLANLARINI AÇDI

Rusiya da öz maraqları çərçivəsində Bakı ilə razılaşa bilər.

ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens Ermənistan prezidenti Serj Sarkisyanla telefonda danışıb.Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Maykl Pens Sarkisyanla ABŞ-Ermənistan münasibətləri və bir sıra məsələləri müzakirə edib. Lakin telefon danışığının detalları açıqlanmır.
Ermənistanın “lragir” saytı yazır ki, telefon söhbətində müzakirə olunacaq mövzularla bağlı şərh verib.

Trampın köməkçisi telefonda Sarkisyana nələr dedi? - DETALLAR

ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens Ermənistan prezidenti Serj Sarkisyanla telefonda danışıb.

Artıq Ağ Evi tərk etməyə hazırlaşan ABŞ prezidenti Barak Obamanın isə erməni lobbisi ilə şok əlaqələri ortaya çıxıb. “Forbes” jurnalı yazır ki, Obama “anti-lobbi siyasətçi” olaraq Ağ Evə gəlib.

Obamanın özü İlinoysda senator olarkən, Polşa, Səudiyyə Ərəbistanı və erməni lobbisinin maraqlarını irəli çəkirdi. Prezident olarkən isə yəhudi və erməni lobbisinin təsir imkanları bir qədər zəiflədi. Məsələn, erməni lobbisi “soyqırımı” ilə bağlı məsələni Obamaya qəbul etdirə bilmədi. Lakin bu, onların tamamilə uğursuz olduğu anlamına gəlmir”.
“Forbes” erməni lobbisinin təsiri ilə Obamanın atdığı iki addımı təqdim edib.

Obama ilə ermənilərin ŞOK PLANLARI ÜZƏ ÇIXDI: Səfirin sonu və MƏXFİ QARABAĞ ADDIMI

ABŞ prezidenti Barak Obamanın erməni lobbisi ilə şok əlaqələri ortaya çıxıb.

“Türk axını” qaz kəmərinin tikinti layihəsi üzrə Türkiyə və Rusiya arasında imzalanan razılaşma Türkiyə parlamenti tərəfindən təsdiq edilib.

Sənədin təsdiqinə 210 millət vəkili səs verib, 7-si qarşı çıxıb, 6 millət vəkili isə bitərəf qalıb. Sənədi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamalıdır. Razılaşma oktyabrın 10-da imzalanıb. Sənəd hər birinin ötürücü gücü 15,75 milyard kubmetr təbii qaz olmaqla Qara dənizin dibi ilə iki xəttin tikintisini nəzərdə tutur. Kəmərin bir xətti Türkiyənin daxili istehlakı, ikinci xətti qazın Avropa ölkələrinə çatdırılması üçün çəkiləcək.

Rusiya Federal Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanlarının Rusiyanın maliyyə sisteminin destabilizasiyası üçün kiberhücumlar hazırladığını bəyan edib. Məlumata görə, kiberhücumlar üçün komanda mərkəzləri Niderlandda yerləşir və Ukraynanın “BlazingFast” şirkətinə aiddir.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumun təşkilatçıları ölkənin ən böyük banklarını qurban olaraq seçiblər.

Rusiyaya BÖYÜK HÜCUM dekabrın 5-də başlayacaq - KƏŞFİYYAT

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkənin maliyyə sisteminə hücumları hazırlayan şirkətin adını açıqlayıb.

Bir çox siyasi ekspertlər və siyasətçilər Rusiya prezidenti Vladimir Putinin ən azından Suriyada qalib olduğunu bildirsələr də, Rusiya politoloqu Andrey Piontkovskiy bunun əksini düşünür. O, “Obozrevatel” nəşrinə açıqlamasında Putin üç böyük məğlubiyyət yaşadığını iddia edib.

Putinin üç böyük MƏĞLUBİYYƏTİ

“Son zamanlar Kreml xarici siyasət üzrə üç fundamental məğlubiyyət yaşadı”.

Putin və Ərdoğan Suriyanı böldü - RAZILAŞMA

Suriyada, xüsusilə Hələb ətrafında vəziyyət qeyri-müəyyən olaraq qalır. Avropa mediası “Financial Times”in dünən irəli sürdüyü iddianı daha da gücləndirən bir iddia ilə çıxış edib.

Putin və Ərdoğanın gizli SURİYA PLANI

Suriya müxalifəti Türkiyə vasitəsilə Rusiya ilə gizli danışıqlar aparır.

Avropa mediasının yazdığına görə, Türkiyə və Rusiya Suriyanın şimalındakı bölgələrə nəzarətin kimin edəcəyi barədə razılaşmağa başlayıb. Bildirilir ki, Türkiyə Suriyanın şimalında “yarı təhlükəsiz bölgə” yarada bilib.

Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin son bir həftə ərzində üç dəfə telefonla söhbət edib. Prezidentlərin telefon söhbətində Suriyadakı, həmçinin Hələbdəki son vəziyyət müzakirə edilib.

Putin və Ərdoğan Suriyanı böldü - RAZILAŞMA

Avropa mediasının yazdığına görə, Türkiyə Suriyanın şimalında “yarı təhlükəsiz bölgə” yarada bilib.

Suriyanın müvəqqəti hökumətinin keçmiş baş naziri Əhməd Tuma isə bildirib ki, Türkiyə üçüncü dünya müharibəsinin qarşısını alıb.Türkiyə olmasa, müharibə qloballaşar və dünyanı təhdid edər. Türkiyə Suriyanın ərazi bütövlüyünü təhdid etmir. Əksinə, ərazi bütövlüyümüzü mühafizə etməyə çalışır. Bölgədəki terrorizm ən çox Türkiyəni hədəf alıb. Türkiyənin buna səssiz qalması gözlənilə bilməz. Qərb terrorla mübarizədə gücsüzdür. Qərb yalnız qaçqınlara qapılarını bağlamadı, həm də bölgənin xalqlarını atəşin ortasına atdı”, - deyə o bildirib.

Avropa İttifaqının (Aİ) polis xidməti (Avropol) qitə ərazisində yeni terror aktları barədə xəbərdarlıq edib. Avropol İŞİD terror qruplaşmasının yaxın vaxtlarda Avropada yeni hücumlar həyata keçirməyi planlaşdırdığını bildirib.

Avropolun terrorçuluğa qarşı mərkəzinin hesabatında deyilir ki, İŞİD Suriya və İraqda əraziləri itirdiyi üçün Qərbi Avropada yeni terror aktları təhlükəsi artır.

Avropa qan gölünə dönəcək – XƏBƏRDARLIQ

Avropa İttifaqının (Aİ) polis xidməti (Avropol) qitə ərazisində yeni terror aktları barədə xəbərdarlıq edib.

ABŞ-ın yeni prezidenti Donald Tramp seçkiqabağı kampaniyasında verdiyi vədlərindən birini təkrarlayıb. O, bildirib ki, ABŞ başqa ölkələrdə siyasi rejimlərin devrilməsinə yönəlmiş siyasət yürütməyə səy göstərməyəcək: “Biz rejim və hökumətləri devirməyəcəyik. Məqsədimiz sabitlikdir, xaos deyil”.

Qeyd edək ki, Donald Tramp hələ prezident seçkilərindən (8 noyabr – red.) əvvəl başqa ölkələrdə rejimlərin devrilməsi təcrübəsindən imtina edəcəyinə söz verib.

ABŞ rejimlərin devrilməsi təcrübəsindən imtina edəcək – VƏD

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp başqa ölkələrdə rejimlərin devrilməsi təcrübəsindən imtina edəcəyinə söz verib.

ABŞ Senatı cümə axşamı Nümayəndələr Palatasının İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına dair bundan əvvəl qəbul etdiyi qanun layihəsini dəstəkləyib.

Sənəd ABŞ prezidentinə İran tərəfindən ballistik raket hazırlanmasında iştirak edən, terrorçuluğu dəstəkləyən, həmçinin insan haqlarının pozulmasında müqəssir olan şəxslərə qarşı məhdudiyyətlər tətbiq etmək imkanı verir. Konqres bu səlahiyyətləri uzatmasaydı, sanksiyaların müddəti artıq cari ilin 31 dekabrında başa çatacaqdı. Qanunun qüvvəyə minməsi üçün prezident Barak Obamanın təsdiqi lazımdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların daha uzadılmasına münasibət bildirib. XİN rəsmisi qərarın nüvə razılığının ləğvi ilə nəticələnəcəyini deyib: “Ölkə rəhbərliyinin daha öncə də dilə gətirdiyi kimi, Nümayəndələr Palatası və Senatın İrana sanksiyaların uzadılması istiqamətindəki qərarı nüvə razılaşmasına ziddir”.

O, ölkəsinin razılaşmaya sadiq qaldığını, ancaq ləğv olunacağı təqdirdə lazımi hazırlığa başlayacaqlarını, XİN-in Nüvə Razılaşmasına Nəzarət Şurasına hesabat veriləcəyini bildirib.

Ölkəsində reytinqlərin çox aşağı olduğunu görən Fransanın hazırkı prezidenti Fransua Olland 2017-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək. Olland Yelisey sarayından televiziya vasitəsilə canlı yayımda bildirib. O qeyd edib ki, ikinci prezidentlik mandatı üçün namizədliyini irəli sürməyəcək. Beləliklə, o, gözlənilən məğlubiyyəti indidən etiraf etmiş olub.

Bu, Fransada V Respublika dövründə ilk belə haldır. Bu dövrdə Fransa prezidentlərinin heç biri indiyədək belə addım atmayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/178306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR