"El Klasiko"nun hazırlıqları davam edir

"El Klasiko"nun hazırlıqları davam edir
20:12 2 Dekabr 2016
112 İdman
Ölkə mətbuatı
A- A+

Dekabrın 3-ü futbol dünyasının diqqəti "Kamp Nou" arenasına yönələcək. İspaniya futbolunun iki qrandı "Real Madrid" və "Barselona" növbəti dəfə münasibətlərinə aydınlıq gətirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyun 50 teleradio şirkətinin vasitəsilə 185 ölkədə canlı yayımlanacaq. İlk dəfə olaraq oyun 4K Ultra HD kameraları ilə çəkiləcək və super-zoom texnologiyasından istifadə ediləcək. "Kamp Nou"nun ətrafında 37 kamera yerləşdiriləcək, bir kamera isə stadionun yuxarısında olacaq.

2 kamera ayrıca olaraq Luis Enrique və Zidane, Kriştianu və Messini çəkmək üçün ayrılacaq. Bütün bu avadanlıqları idarə etmək üçün 8 mobil nəzarət bölməsi, 6 peyk yük maşını və 400 KİV personalından istifadə ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR