Baş katibi vəzifəsi Şaiq Həmidova həvalə edildi

Baş katibi vəzifəsi Şaiq Həmidova həvalə edildi
20:18 2 Dekabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

Bu barədə Publika.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

İclasda ARMPK-nin V hesabat seçki yığıncağının keçirilməsinə hazırlıqla əlaqədar bəzi tədbirlər haqqında, “Bakı 2017” IV İslam Həmirəylik Oyunlarına hazırlığın vəziyyəti barədə və ARMPK-nin baş katibi haqqında məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib.

Nizamnamənin tələblərinə uyğun olaraq 2017-ci ilin fevral ayında ARMPK-nin V hesabat-seçki yığıncağının keçirilməsi qərara alınıb və yığıncağın hazırlanib keçirilməsi məqsədi ilə Təşkilat komitəsi yaradılıb. “Bakı 2017” IV İslam Həmirəyliyi Oyunlarına hazırlıqla əlaqədar Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib. İK-nin qərarı ilə ARMPK-nin baş katibi vəzifəsinin icrası müvəqqəti olaraq Komitənin vitse-prezidenti Şaiq Həmidova həvalə edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/178309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR