Play Store

ABŞ dövlət katibi postuna namizədlərin rəsmi siyahısı açıqlandı

ABŞ dövlət katibi postuna namizədlərin rəsmi siyahısı açıqlandı
20:32 2 Dekabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın formalaşdırdığı administrasiyada dövlət katibi postuna namizədlərin siyahısı açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rəsmi siyahıya Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni, Nyu-Yorkun keçmiş meri Rudi Juliani, senator Robert Korker, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus daxildir.

"Fox News" telekanalına müsahibəsində D.Trampın baş müşaviri Kellienn Konuey namizədləri təsdiqləyib. "Biz artıq bəyan etmişik ki, seçim 4 nəfər arasında aparılacaq".

D.Tramp da müsahibəsində söyləyib ki, yaxın həftələrdə, demək olar ki, kabinetin tam tərkibi formalaşdırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR