Sumqayıtda Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq cüdo turniri keçirilir

Sumqayıtda Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq cüdo turniri keçirilir
20:32 2 Dekabr 2016
148 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb. 
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarış federasiya, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.
Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Siyəzən, Qəbələ, Şirvan, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin yeniyetmə cüdoçuları mübarizə aparırlar. 38 komandadan 335 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək. 















Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/sumqayitda-heyder-eliyevin-anim-gunune-hesr-olunan-beynelxalq-cudo-turniri-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR